Tovuzda qonşu qonşunun qanını tökdü…

  • By admin
  • 23 Oktyabr 2016 22:29

bicaq

Tovuzda bıçaqlanma olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Z. Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları  tərəfindən araşdırma aparılır.

Gununsesi.info