
Tovuz rayonun Abulbəyli kəndi ərazisindən silah-sursat tapılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayonun Abulbəyli kəndi ərazisindən 1 ədəd “TOZ” markalı tüfəng, 18 ədəd avtomat patronu, 1 ədəd patron darağı, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları tapılıb və aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Nizami Novruzovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Anar
Gununsesi.info