
Tovuz rayonunda yaşayış evində yanğın olub.
Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının döşəməsi 4 m² sahədə və ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.