Dünən Lənkəranda qəribə olay baş verib.
Gununsesi.info bildirir ki, “Qala” şadlıq sarayında keçirilən toyda mikrorayon ərazisində yaşayan bəy (adı dəqiqləşdirilir) toyun qızğın vaxtında, saat 22:00-da mikrofonu alaraq: “Toy bitmişdir”, – deyərək zalı tərk edib.
Qeyd edək ki, bəy toy məclisindən birbaşa hava limanına getmiş və Rövşən Lənkəranskinin (Canıyev) nəşinin qarşılanmasında istirak etmişdir.
Gununsesi.info