Toy yasa döndü: “Yük maşını gəlin karvanı ilə toqquşdu” - 2 ölü 3 yaralı

  • By admin
  • 06 Sentyabr 2016 18:04

toy

Dağıstanda yük maşını toy kortejinin maşınları ilə toqquşub.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yük maşını kortejin 4 maşınına çırpılıb. Yol hərəkəti təhlükəsizliyinin dövlət müfəttişliyi faktı təsdiqləyib. Məlumata görə, qəzaya səbəb yük maşınının əyləcinin tutmaması olub.

Gununsesi.info