Toya gələnlər havaya atəş açdı, çadıra bomba atıldı

  • By admin
  • 05 Sentyabr 2017 21:34

nato-ucaklari-sivilleri-bombaladi
NATO qüvvələrinə məxsus təyyarə Əfqanıstanın paytaxtı Kabilin Qarabağ qəsəbəsində toy çadırını vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Məlumata görə, çadıra bomba atılmasına qonaqlardan birinin havaya atəş açması səbəb olub. NATO qüvvələri isə çadırda “Taliban” terrorçularının olduğunu zənn edərək ərazini atəşə tutublar.

Faktla bağlı araşdırma başlayıb.

 

Gununsesi.info