Toyda döyülən Şəmkir sakini ölüb

  • Müəllif: admin
  • 27 Sentyabr 2016 12:22

doymek

Şəmkir rayonunda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Ona tibbi yardım göstərildikdən sonra buraxılıb. Həmin şəxs sentyabrın 26-da evində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.

Gununsesi.info