Toyda qanlı olay - QONAQ BIÇAQLANDI

  • By admin
  • 13 Noyabr 2017 00:00

Göyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu arasında şəxsi münasibətlər zəmnində dava baş verib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info