“Toydan sonra qızım Avropa turuna bal ayına getdi” - MƏNZURƏ MUSAYEVA

  • By admin
  • 11 Yanvar 2018 18:04

Müğənni Mənzurə Musayeva qızının toyundan danışıb.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Sayqa ilə bu axşam” verilişində bildirib ki, bütün var-dövlətini qızına bağışlayacaq.

Mənzura toyda borca düşməsi xəbərindən bəhs edib: “Qızım medianın çəkməsini istəmirdi, amma mən onunla dava etdim. Dedim, bir övladım var, media gəlsin. Hər şeyim qızımındır. Toyu pula görə etməmişdim. O qədər gücsüzəm ki, bir uşağın cehizini, ev-eşiyini verməyim? Qazanc üçün toy etməmişdim.

Toydan sonra qızım ailəsi ilə birlikdə Avropa turuna bal ayına getdi”.

Qeyd edək ki, Çinarə Mənzurənin qardaşının uşağıdır. Sənətçi onu övladlığa götürüb.

Gununsesi.info