“Toylar kralı” Çovadovun işində adı keçən şəxsin məhkəməsində şahid kimi dindiriləcək

  • By admin
  • 28 Oktyabr 2016 14:56

manaf

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Manaf Ağayev Akif Çovdarovun işində zərərçəkmiş olan iş adamının məhkəməsində ifadə verib.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Gununsesi.info