Traktoru aşırdı, sərnişini öldü

  • By admin
  • 25 Sentyabr 2019 16:28

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza sentyabrın 24-də saat 20 radələrində qeydə alınıb.

Kənd sakini R.Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.org