Tramp ABŞ-ın hərbi gücünün artaçağını vəd edib

  • By admin
  • 24 Fevral 2017 22:21

tramp

 

ABŞ hərbi qüdrətini mühüm dərəcədə artıracaq.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“ABŞ Silahlı Qüvvələri əsaslı surətdə müasirləşdiriləcək. Elə dərəcədə ki, heç kim bizə baş qoşa bilməsin. Bu, ABŞ tarixində ən böyük hərbi islahat olacaq. Heç kim bizim hərbi qüdrətimizi şübhə altına ala bilməz. Belə də olacaq”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, yanvarın sonunda D.Tramp ABŞ Silahlı Qüvvələrinin təkmilləşdirilməsinə dair fərman imzalayıb.

 

 

Gununsesi.info