Tramp bu xanımı nazir postuna gətirmək istəyir

  • Müəllif: admin
  • 12 Oktyabr 2017 08:30

tramp-5

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri postuna Kristen Nilsenin  namizədliyini irəli sürüb.

45 yaşlı K.Nilsenin namizədliyini Senat təsdiq etməlidir.

K.Nilsen sabiq daxili təhlükəsizlik naziri Con Kellinin müavini olub. Daha sonra C.Kelli ilə birgə Ağ Evdə çalışıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulda daxili təhlükəsizlik naziri, Hərbi-Dəniz Qüvvələrinin təqaüddə olan keçmiş generalı Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib.   Ondan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.

Gununsesi.info