Tramp COVID-19-a yoluxma sayının artmasının səbəbini açıqladı

  • By admin
  • 03 İyul 2020 10:40

ABŞ Prezidenti Donald Tramp ölkədə COVID-19-la bağlı aşkarlanan yeni hallarda artımın müşahidə olunmasını dünyada ən yaxşı test işlərinin aparılması ilə əlaqələndirib.

Gununsesi.org bildirir ki, Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ dövlət başçısı “Twitter” hesabında yazıb.

“Bizim testləşdirmə işlərimiz elə böyük miqyasdadır ki, dünyadakı istənilən ölkədən daha yaxşıdır”, – deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ölkədə ölüm səviyyəsinin azalması da yaxşı xəbərdir.

Gununsesi.org