Tramp dolları ucuzlaşdırmaqda israrlıdır - VÜQAR BAYRAMOV

  • Müəllif: admin
  • 01 Fevral 2017 14:07

vuqarrrr

«ABŞ Prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb».

Gununsesi.info xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib: “Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib. Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hətta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib. Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla, həmçinin, Birləşmiş Ştatlar əzəli iqtisad rəqəblərini o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir”.

V.Bayramov hesab edir ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil: “İki ölkə” modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər.  Yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil”.

Vüsalə Rüstəmova

Gununsesi.info