Tramp gizli telefon danışığının mediaya çıxarılmasına qəzəblənib - Ağ Ev RƏSMİSİ

  • Müəllif: admin
  • 10 Fevral 2017 11:12
TRAMP
Tramp  bir sıra ölkə başçıları ilə apardığı telefon danışıqları zamanı  gizli söhbətlərin mətbuata sızmasından qəzəblənib. Artıq Ağ Ev gizli danışıqların mətbuata sızması məsələsini araşdırmağa başlayıb.
Gununsesi.info xəbər verir ki, belə bir açıqlama ilə Ağ Ev rəsmisi Şon Spayserçıxış edib. 
Şon Spayser “The Hill” qəzetinə açıqlamsında deyib ki,  ABŞ Prezident Administrasiyası prezident Donald Trampın bir sır ölkə lideləri ilə telefonda apardığı gizli danışıqların  hansı formada mətbuata ötürülməsi faktını araşdırmaqla məşğuldur: “Biz vəziyyəti öyrənirik, çünki bu, bizdə çox ciddi narahatlıq yaradır”.
 Ağ Ev rəsmisi deyib ki, belə gizli danışıqların mətbuata ötürülməsi ciddi qanun pozuntuları və qaydalarına ziddir.
Ş. Spayser eyni zamanda  deyib ki, yaranmış vəziyyətə görə şəxsən prezident Tramp özü də ciddi narahatçılıq keçirir və  belə hallara qəzəblənib: “Təbii ki, o bu hadisələrdən narahatdır. Fakt öz-özlüyündə   müəyyən təhlükələrə yol açır”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putinlə yanvarın 28-də keçirilmiş ilk telefon danışığı zamanı Tramp Strateji Hücum Silahlarının (SHS-3) azaldılmasına dair sazişi tənqid edərək, onun ABŞ üçün uğursuz olduğunu bildirib.
“Reuters”ə danışığın detallarından məlumatlı olan, lakin adlarının hallanmasını istəməyən iki amerikalı məmur bildirib.   
Mənbələrin məlumatına görə, telefon danışığı zamanı  Rusiya prezidenti SHS sazişinə toxunarkən,  Tramp danışığa fasilə verib və müşavirlərindən razılaşma barədə maraqlanıb.
Məlumatlandırıldıqdan sonra Tramp Putinə bəyan edib ki, qeyd olunan razılaşma eks-prezident Barak Obama administrasiyasının uğursuz sazişlərindən biridir. Onun sözlərinə görə, həmin saziş yalnız Rusiyanın maraqlarına cavab verir.   
Onu da əlavə edək ki, SHS-3 sazişinin prezidentlər tərəfindən müzakirə edilməsi barədə nə Kreml, nə də Ağ Ev rəsmi məlumat yaymayıb.  
Hazırladı:Mürtəza
Gununsesi.info