“Tramp hələ də Putinlə görüşmək istəyir” - SARA SANDERS

  • By admin
  • 16 Aprel 2018 22:42

ABŞ prezidenti Donald Tramp rusiyalı lider Vladimir Putinlə hələ də görüşmək istəyir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Trampın mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Moskva və Vaşinqtonun yaxşı münasibətləri dünya üçün faydalı olacaq.

“Prezident hələ də onunla danışmaq istərdi. O hesab edir ki, onların yaxşı münasibətlərinin olması dünya üçün daha yaxşı olacaq. Ancaq bu, Rusiyanın hərəkətlərindən asılı olacaq”, deyə Sanders bildirib.

Gununsesi.info