Tramp həmsöhbətini çox adekvat qəbul edir və verilən suallara cəld verir - PUTİN

  • By admin
  • 08 İyul 2017 21:55

putin-tramp-yeni

Rusiya prezidenti Vladimir Putin “G-20” sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, həyatdakı Tramp televiziya efirlərindəkindən çox fərqlidir.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Putin  danışıqların nəticəsində Tramla şəxsi münasibətlərin qurulduğunu vurğulayıb.

“Fikrimcə, əgər biz ünsiyyətimizi bu cür davam etdirsək, çox güman ki, münasibətimizi lazım olan səviyyədə bərpa etmiş olacağıq”- deyə, Rusiya prezidenti qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Tramp həmsöhbətini çox adekvat qəbul edir və verilən suallara cəld cavab verir.

Gununsesi.info