Tramp: “İğtişaşların qarşısını almağın yeganə yolu gücdür”

  • By admin
  • 31 Avqust 2020 10:06

Demokratların idarə etdiyi şəhərlərdə zorakılığa son verməyin yeganə yolu gücdən istifadə etməkdir.

Gununsesi.info xəbər verir ki, Donald Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb.

Daha əvvəl Birləşmiş Ştatlar prezidenti Oreqon ştatının Portland şəhərində baş verən iğtişaşlara münasibət bildirərkən mer Ted Vilerdən Milli Qvardiyanın əsgərlərini şəhərə yeritməyə çağırmışdı.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra başlayan kütləvi iğtişaşlar hələ də davam edir.

Gununsesi.info