Tramp ilk olaraq hansı liderlə görüşəcək?

  • By admin
  • 12 Noyabr 2016 23:44

tramp

 

9 noyabrda ABŞ-da keçirilən seçkilərdə gözlənilmədən prezident seçilən Donald Trampın ilk olaraq hansı dünya lideri ilə görüşəcəyi diqqət mərkəzindədir.

Gununsesi.info xəbər verir ki, Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə yaxın günlərdə görüşəcəyi gözlənilir. Onlar arasında telefon danışığı baş tutub və qısa müddətdə görüş keçirilməsi razılaşdırılıb.

Trampın Almaniya lideri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putinlə də seçkidən dərhal sonra telefon əlaqəsi diqqəti çəkib. Ancaq analitiklər Merkel və Putinlə görüşün “ən qısa müddətdə” olacağını proqnozlaşdırmırlar.

Ən maraqlı məqam isə Böyük Britaniya ilə bağlıdır. ABŞ-ın strateji tərəfdaşı, müttəfiqi və ən yaxın dostu sayılan Böyük Britaniyanın lideri ilə Trampın “çox gec” əlaqə saxlaması da hazırda müzakirələr sırasındadır. Belə ki, Tramp İsrail, Almaniya, Rusiya, Fransa, Türkiyə və s. ölkə liderlərindən sonra İngiltərə Baş naziri Tereza Mey ilə telefonla danışıb. Bu isə xüsusilə Böyük Britaniyada təəccüblə qarşılanıb. Böyük Britaniya ABŞ-ın ən yaxın tərəfdaşı olduğu üçün ingilis mediası Trampı seçiləndən dərhal sonra Tereza Mey ilə əlaqə saxlamamaqda və ilk təbriki Böyük Britaniyadan qəbul etməməkdə qınayıblar.

Hazırda da Trampın ilk görüşünü “ənənəyə uyğun olmayan” tərzdə, tamamilə fərqli bir liderlə keçirəcəyi istisna edilmir.

 

Gununsesi.info