Tramp imtina etdi: ABŞ Paris müqaviləsinə qayıdır

  • By admin
  • 17 Sentyabr 2017 12:05

tramp-5
ABŞ Paris iqlim müqaviləsindən çıxmaq ideyasında imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet ABŞ-ın bu müqavilədə özünə aid şərtləri dəyişdirməklə qalacağını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 1-də ölkəsinin Paris iqlim müqaviləsindən çıxdığını bildirmişdi. Tramp bu müqaviləni biabırçılıq adlandırmış və ABŞ maraqlarına böyük təhdid olacağını söyləmişdi.

 

Gununsesi.info