Tramp indi də mediaya “ilişdi”

  • By admin
  • 26 Oktyabr 2016 08:06

tramp1

Respublikaçılar Partiyasından ABŞ  prezidenti postuna namizədliyi irəli sürülən Donald Tramp ölkə KİV-lərini seçkiqabağı kampaniyanı qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Tramp bu fikri “Fox News” telekanalının  canlı yayımında  çıxışı zamanı bildirib.

“Birlikdə fırıldaqçı və korrupsiyaya bürümüş mediaya qalib gələcəyik. KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”- deyə, Tramp Floridada tərəfdarları ilə görüşdə bildirib.

Gununsesi.info