Tramp keçmiş arvadı ilə həftədə 1 dəfə görüşür - FOTO

  • Müəllif: admin
  • 09 Oktyabr 2017 15:14

tramp

ABŞ prezidenti Donald Trampın birinci arvadı İvana hələ də Trampla həftə də bir dəfə görüşdüyünü və Trampın ondan məsləhət aldığını etiraf edib.

Gununsesi.info CBS telekanalına istinadən xəbər verir ki, “Sunday Morning” proqramının aparıcısı İvanadan Trampla əlaqəsindən danışıb və hələ də onun həyatının bir hissəsi olduğunu qeyd edib.

“Biz  tez-tez görüşürük. Bu belədir və mən Trampla görüşürəm” deyən İvaka əlavə edib ki, Tramp hələ də ona məsləhətlər almaq üçün müraciət edir: “Tramp əsasən məndən Twitterdə hansısa məsələdə yazmağı məsləhət alır və mən də ona bu məsələdə yardımçı oluram. Bax budur prezident, hansı ki, Twitterdə yazır. Bu məlumatın cəmiyyətə çatdırılmasının yeni formasıdır. Və o, bu məsələdə haqlıdır”.

1490187166

Gununsesi.info