Tramp kosmik ordu yaradacaq

  • By admin
  • 14 Mart 2018 08:00

ABŞ prezidenti Donald Tramp ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradılmasının mümkün olduğunu deyib.

Bu barədə ABŞ lideri Kaliforniyada çıxış edərkən bəyan edib.

“Mənim kosmos üzrə yeni milli strategiyam kosmik məkanda döyüş əməliyyatlarının aparılmasını mümkün hesab edir. Bununla əlaqədar biz kosmik qüvvələr yarada bilərik”,-deyə Tramp bildirib.

Gununsesi.info