Tramp mayın sonuna qədər Kim Çen Inla görüşmək niyyətində olduğunu təsdiqləyib

  • By admin
  • 16 Mart 2018 22:20


ABŞ prezidenti Donald Tramp mayın sonuna qədər KXDR lideri Kim Çen Inla görüşmək niyyətində olduğunu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “ABC” Ağ Evin Trampla Cənubi Koreya rəhbəri Mun Çje In arasında danışıqların yekununa dair açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, hər iki lider sözlərin yox, konkret hərəkətlərin Koreya yarımadasının sabit denuklarizasiyasının əldə edilməsinə açar olacağını razılaşıblar.

Daha əvvəl Cənubi Koreyanın nümayəndəsi də Donald Trampın Kim Çen Inla maya qədər görüşə razılaşdığını bildirib.

Gununsesi.info