Tramp müşavirini Azərbaycana göndərir - TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNACAQ

  • By admin
  • 12 Oktyabr 2018 15:10

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Gununsesi.org-un  məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gedəcəyəm. Səfər çərçivəsində təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunmalıdır”, – deyə C.Bolton yazıb.

Gununsesi.org