Tramp Obamanın Fələstinə ayırdığı 221 milyonu dondurdu

  • By admin
  • 26 Yanvar 2017 22:48

tramp

 

Donald Trampın administrasiyası Barak Obamanın prezidentliyinin son saatlarında Fələstin hökumətinə ayırdığı 221 milyon dolların köçürülməsini dondurub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “The Times of Israel” Fələstindəki yüksək vəzifəli mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, ABŞ nümayəndələri Fələstin baş naziri Rami Həmdullaha vəsaitin köçürülməyəcəyi barədə bildiriş göndəriblər.

Gununsesi.info