Tramp pornoulduzla münasibətini etiraf etdi

  • By admin
  • 17 May 2018 10:37

ABŞ prezidenti Donald Tramp porno ulduzu Stormi Danielslə münasibətlərinin olduğunu qəbul edib.

Publika.az xəbər verir ki, dəfələrlə pornolduzun səssiz qalması üçün ona 130 000 dollar ödədiyini inkar edən Tramp qanun qarşısında aciz qalıb. Buna baxmayaraq, o, ilk həmləsini edib.

Hökumətin Etika Bürosu Trampın daha öncə verdiyi maliyyə hesabatında böyük məbləğdə ödəmə olunduğunu ifşa etməsini tələb edib. Sözügedən hesabatda Trampın vəkilinə 2016-cı ildə 100-250 000 dollar civarında pul köçürməsi etdiyi görünür. Ağ ev isə hesabatın nəticəsində ödənişin şəffaflıq adına ifşa edildiyini və bu bilgini paylaşmaq məcburiyyətində olmadıqlarını bildirib. Lakin Etik Büro yazdığı məktubda Trampın vəkili adına göndərilən ödənişin ciddi bir məsuliyyətlə bildirilməsini tələb edib. Sözügedən ödənişin seçki kampaniyasının büdcəsindən edilməsi isə Vaşinqtonu ayağa qaldırıb.

Qeyd edək ki. ABŞ prezidenti ilə pornoulduz arasındakı münasibətlər ilk dəfə 2011-ci ildə üzə çıxıb. Həmin ilin oktyabr ayında bir dərgiyə müsahibə verən Daniels o illər sadəcə populyar bir iş adamı olan Trampla münasibətdə olduqlarını deyib. Qadının bu sözləri Trampın vəkili Maykl Kohenin dərgini məhkəməyə verməsindən sonra yayımlanmayıb.