Tramp-Putin görüşü baş tutmadı

  • By admin
  • 10 Noyabr 2017 21:08


ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.

Bundan əvvəl fotoşəkil çəkilişi zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu. Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir.

 

Gununsesi.info