Tramp seçkilərə qədər Rusiya ilə nüvə silahlarına dair müqavilə bağlamaq istəyir

  • By admin
  • 12 Oktyabr 2020 10:39

ABŞ Prezidenti Donald Tramp seçkidən öncəki günlərdə Rusiya lideri Vladimir Putinlə nüvə silahlarına dair müqavilə bağlayacağına ümid edir. 

Gununsesi.info bildirir ki, bu barədə gazete.ru xəbər verir.

Mənbənin məlumatına görə, Tramp administrasiyası Rusiyanın bunu təsdiqləməsi üçün prinsipial razılaşmaya sahib olduğuna inanır.

Daha öncə ABŞ və Rusiya oktyabrın 5-də Helsinki görüşündə strateji hücum silahlarının azaldılması müqaviləsi (START-3) üzərində irəliləyiş əldə ediblər. Bu barədə ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi elçisi Marşal Billinqsli açıqlama verib.

Strateji hücum silahlarının azaldılması müqaviləsi (START-3) Rusiya Federasiyası ilə ABŞ arasında silahların məhdudlaşdırılmasına dair yeganə qüvvədə olan müqavilədir. Müqavilə 5 fevral 2021-ci il tarixində qüvvədən düşəcək. Rusiya Prezidenti Vladimir Putin müqavilənin müddətinin ilkin şərtlər olmadan daha beş il uzadılmasını təklif edib.

Gununsesi.info