Tramp Tayvanla rəsmi əlaqələrə dair qanun imzalayıb

  • By admin
  • 17 Mart 2018 08:10

ABŞ prezidenti Donald Tramp ABŞ-la Tayvan arasında rəsmi nümayəndə heyətlərinin mübadiləsinə icazə verən qanun imzalayıb.

Bu barədə Ağ Evin yaydığı məlumatında deyilir.

Qanun ABŞ və tayvan arasında əlaqələrin daha da möhkəmləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, qərar Çin hökümətinin kəskin etirazına səbəb olub.

Gununsesi.info