Tramp və Netanyahu arasında telefon danışığı olub

  • By admin
  • 23 Yanvar 2017 10:50

tramp

Amerikanın 45-ci prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər arasında ABŞ-İsrail arasındakı hərbi, kəşfiyyat və təhlükəsizlik, eləcə də Yaxın Şərqdə sabitliyin təmin olunması haqqında danışılıb.

D. Tramp bildirib ki, İsrailin təhlükəsizliyini şərtsiz dəstəkləyəcək, İŞİD və digər terror təşkilatlarına qarşı daha radikal addımlar atcaq.

D. Tramp və B.Netanyahu Fələstin-İsrail məsələsini də müzakirə ediblər. Belə ki, D. Tramp problemin yalnız iki ölkə arasında aparılacaq danışıqlar yolu ilə həll ediləcəyini və ABŞ-ın bunun təmin edilməsi üçün lazımi addımlar atacağını da qeyd edib.

Anar

Gununsesi.info