Tramp və Netanyahunun Ağ Evdə görüşəcəyi tarix açıqlanıb

  • By admin
  • 17 Fevral 2018 09:30

ABŞ prezidenti Donald Tramp martın 5-də İrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüş keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ağ Evdəki mənbə bildirib.

Mənbə deyib: “Prezidentin baş nazirlə gözəl münasibətləri var və o, onunla görüşü səbirsizliklə gözləyir”.

Qeyd edək ki, yanvar ayında Davos Dünya İqtisadi Forumunda Tramp və Netanyahu arasında görüş olub.

Gununsesi.info