Tramp vergidən yayınır?!

  • Müəllif: admin
  • 05 Avqust 2017 08:47

tramp-5

ABŞ prezidenti Donald Tramp və onun oğlu Erikin şirkətləri arasında 2 mənzilin satılması vergidən yayınma ilə bağlı şübhələr yarada bilər.

Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Washington Post nəşri xəbər verib.

Real Deal jurnalı və Propublica qeyri-hökumət təşkilatının məlumatına görə, 2016-ci ilin aprel ayında ümumilikdə 700 min dollar təşkil edən 2 mənzil Donald Trampın şirkəti tərəfindən Erikin rəhbərlik etdiyi şirkətə satıb.

Amerika qanunvericiliyinə görə, yaxın qohumlar arasında bazar qiyməti ilə alqı-satqı sövdələşmələri vergiyə cəlb olunmur. Lakin satılan əmlakın bazar dəyərinin yüksək olduğunu nəzərə alaraq, Donald Tramp mənzillərin satılmasında əldə etdiyi gəlirdən 40% vegi ödəməli idi.

Gununsesi.info