Trampdan maraqlı açıqlama - "MÜSƏLMANLARI SEVİRƏM"

  • By admin
  • 29 Yanvar 2018 23:45

ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

Gununsesi.info xəbər verir ki, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

“Müsəlmanlardan nifrət edirsinizmi?” – sualına D.Tramp “Yox, bu yalandır” – deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

Gununsesi.info