ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.
“Gununsesi” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb:
“Tutulmuş Ukrayna dənizçilərinin Rusiya tərəfindən buraxılmaması faktını nəzərə alaraq Argentinada Vladimir Putinlə planlaşdırılan görüşdən imtina qərarı aldım”.
Xatırladaq ki, noyabrın 25-də Kerç boğazını keçən Ukrayna gəmiləri Rusiya tərəfindən atəşə tutulub və 25 dənizçi həbs edilib.