Trampın “heç kimə bəlli olmayan” silahının nə olduğu üzə çıxdı

  • By admin
  • 12 Sentyabr 2020 22:08

ABŞ Prezidenti Donald Trampın nə Rusiyada, nə də Çində bənzəri olmadığını söylədiyi silahı çox güman ki, W76-2 nüvə başlıqlarıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.

“Çox güman ki, prezident “Trident D-5” ballistik raketlərində yerləşdirmək üçün nəzərdə tutulan W76-2 nüvə başlıqlarını nəzərdə tutur”, – deyə nəşr bildirib.

Sözügedən raketləri sualtı gəmilərdən buraxmaq mümkündür. Ekspertlər qeyd edir ki, bu cür başlığın partlaması nəticəsində yaranan güc Xirosimaya atılmış nüvə bombasından altı dəfə güclü ola bilər.

 

 

Gununsesi.info