Kyodo informasiya agentliyinin versiyasına görə, Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ Prezidenti vəzifəsinə seçkilərdə qələbəsi və Yaponiya İmperatoru Akihitonun avqustun 8-də taxt-tacdan könüllü imtinası ilə əlaqədar tarixi müraciəti başa çatmaqda olan 2016-cı ilin ən mühüm hadisələridir.
Gununsesi.info xəbər verir ki, agentliyin yaradıcı nümayəndələri, Yaponiyanın mühüm nəşrlərinin və teleşirkətlərinin təmsilçiləri beynəlxalq və daxili xəbərlərin reytinqini tərtib ediblər. Buraya ilin ən mühüm 20 hadisəsi daxil olunub.
Beynəlxalq xəbərlərin ikinci sətrində yeri Böyük Bruitaniyanın Avropa İttifaqını tərk etməsi ilə əlaqədar referendumun nəticələri tutur. Üçüncü yerdə Koreya Respublikasının Prezidenti Pak Kın Henin baş verən qalmaqal fonunda tutuduğu vəzifədən getməyə hazır olması barədə bəyanatı gəlir. Dördüncü yerdə cari ildə Kubada baş vermiş iki mühüm hadisə – Prezident Barak Obamanın bu ölkəyə səfəri və Fidel Kastronun vəfatı durur. Beşinci sırada Belçika, Fransa, Türkiyə və Banqladeşdə törədilən terror aktları nəticəsində yeddi nəfər Yaponiya vətandaşının həlak olması gəlir.
Beynəlxlaq hadisələrin ilk onluğunu “Panama sənədləri”, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə Paris razılaşması, KXDR-in nüvə və raket sınaqları, Haaqa beynəlxlaq arbitirajının Cənub Çin dənizində Çinin torpaq iddialarını rədd etməsi, həmçinin Bodi Dilanın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülməsi tamamlayır.
Yaponiyada baş verən mühüm hadisələr siyahısında ikinci yerdə cənub-qərb adası Kyuşuda yerləşən Kumamoto prefekturasında apreldə baş verən zəlzələ gəlir. Həmin faciə zamanı streslərdən və həyəcandan baş verən ağırlaşma daxil olmaqla ümumilikdə 150 nəfərin dünyasını dəyişdiyi bildirilir. Kyodo buraya Tottori prefekturasında oktyabrda baş vermiş zəlzələni də daxil edib.
Üçüncü pillədə iyulda parlamentin yuxarı palatasına seçkilər zamanı hakim Liberal-Demokratik Partiyasının və onun koalisiya tərəfdaşı Yeni Komey Partiyasının qələbəsi yer alıb. Məhz bu qələbə nəticəsində mandatların üçdə ikisini əldə edən hakim koalisiya Konstitusiyaya dəyişikliklər etmək üçün referendum keçirmək barədə niyyətini həyata keçirə biləcək.
Kyodonun redaktorlarının qənaətinə görə, dördüncü yeri ABŞ Prezidenti Barak Obamanın Hiroşimaya səfəri tutur. B.Obama 1945-ci ilin avqustunda atom hücumu nəticəsində on minlərlə insanın həlak olduğu bu şəhəri ziyarət edən ilk ABŞ Prezidenti olub.
Siyahıda beşinci sırada Kanaqava prefekturasının Saqamihara şəhərində iyulun 26-da baş vermiş kütləvi qətl hadisəsi gəlir. Həmin gün müəssisənin keçmiş əməkdaşı Satoşi Uematsu sabiq həmkarlarını hərəkətsiz hala gətirərək buradakı 19 köməksiz pasienti qətlə yetirmişdi. Bu faciə II Dünya müharibəsindən sonrakı Yaponiya tarixində ən kütləvi qətl hadisəsi kimi qeydə alınıb.
Yaponiya barədə ən mühüm 10 xəbər siyahısına, həmçinin bu ölkədə seçkilərdə səsvermə həddinin 18 yaşa endirilməsi, Yaponiya Bankının mənfi qeydiyyat dərəcəsini tətbiq etməsi, Braziliyada keçirilən Olimidada yapon idmançıların uğurlu çıxışı, yapon özünümüdafiə qüvvələrinin Cənub Sudanda sülhməramlı missiyası, Tokionun qubernatoru vəzifəsinə ilk xanım Yurike Koikenin seçilməsi də daxildir.
Gununsesi.info