Trampın şirkəti 1.6 milyon dollar cərimələndi

  • By admin
  • 13 Yanvar 2023 21:46

ABŞ-ın sabiq prezidenti Donald Trampa məxsus daşınmaz əmlak şirkəti 1.61 milyon dollar cərimələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Nyu-York məhkəməsi eks-prezidentin şirkətini 15 il ərzində vergi orqanlarını aldatmaqda təqsirli bilib.

Qeyd edək ki, Tramp 2021-ci il yanvarın 6-da Kapitoli binasında hücumla bağlı təhqiqatlar və bir sıra məxfi sənədləri saxlaması kimi hüquqi problemlərlə üzləşib.

Gununsesi.info