“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir” - İRAN XİN

  • By admin
  • 13 Yanvar 2018 09:12

ABŞ-ın hərəkətləri İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “twitter”də yazıb.

“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır”, nazir yazıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Gununsesi.info