Türkiyə Avropa Birliyinin qətnaməsini qınadı: “Reallığa uyğun deyil”

  • By admin
  • 27 Noyabr 2020 17:21
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib ki, ölkəsi Avropa parlamentinin Ankara və qismən tanınan Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı qətnaməsini “reallıqdan kənar” hesab edir.
Bu barədə noyabrın 27-də “RİA Novosti” xəbər verib.  Avropa parlamenti cümə axşamı Kiprlə bağlı mövqeyinə görə, Türkiyəyə qarşı sanksiyalara çağırıb. Türkiyədə isə əmindirlər ki, bu qərar Kinprin yunan icmanısını diktəsi altında qəbul edilib.
“Biz Avropa parlamentinin ölkəmiz və ŞKTR haqqındakı qətnaməsini rədd edirik… Bu qərar, heç şübhəsiz, Kiprin yunan icmasının diktəsi altında qəbul olunub və Avropa parlamentinin Kipr məsələsində reallıqdan nə qədər uzaq olduğunu göstərir”, – XİN sözçüsü deyib.
Rəsmi Ankara bildirib ki, “təhdid və şantajdan çəkinməyərək” özlərinin və Kiprin türk icmasının hüquqlarını müdafiə etməkdə qərarlıdırlar.
“Biz Avropa parlamentini və Avropa Birliyini Kiprdəki reallıqları və orada türk icmasının mövcudluğunu nəzərə almağa, eləcə də AB-ni Kipr türkləri qarşısında öhdəliklərini yerinə yetirməyə çağırırıq”,  – deyə Aksoy bildirib.
Son zamanlar Ankara və Afina arasında münasibətlər xeyli kəskinləşib. Bu Türkiyənin “Oruc Reis” gəmisinin Aralıq dənizinin şərqində, Yunanıstanın özünün müstəsna iqtisadi zonası saydığı ərazidə seysmik tədqiqatlar aparması ilə izah olunur. Yunanıstan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Türkiyə həm də Kipr yaxınlığında tədqiqat aparır.

Gununsesi.org