Tualetdə çəkilmiş şəkillərimlə təhdid olunuram- ƏLİ HƏSƏNOVDAN SENSASİON AÇIQLAMA- FOTO

  • By admin
  • 24 Avqust 2021 17:58

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənоv şantaj və təhdidlə üzləşib.

Gununsesi.info bildirir ki, bu barədə Əli Həsənov özü məlumat yayıb.

Əli Həsənov bildirib ki, ona qarşı təhdidlər dünəndən başlayıb:

“Mənim nə zamansa tualetdə gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video-görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi şəkildə təhdid olunur, sifarişlər alıram. Bu haqda əvvəlcədən aidiyyatı qurumlara xəbər vermişəm”.

Ə. Həsənov onu təhdid edənlərdən birinin fotosunu da yayıb.

“Bu, bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır. Fotoda gördüyünüz Fikrət adlı şəxs bu şəbəkə mafiyasının üzvüdür”, – Ə. Həsənov qeyd edib.
No description available.

Gununsesi.info