“Turan” informasiya agentliyinin redaktoru Yerəvanda akkreditasiyadan keçdi

  • Müəllif: admin
  • 05 Fevral 2019 13:58

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən “Turan” informasiya agentliyinin redaktorunu akkreditasiyadan keçirib.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.

“Onun tərəfindən Ermənistanda jurnalist fəaliyyəti göstərmək və akkreditasiyadan keçmək üçün müraciət olunmuşdu”-deyə Naqdalyan açıqlama verib.

O, jurnalistin sırf professional peşə fəaliyyəti ilə bağlı Ermənistana gələcəyinmi açıqlayıb.