Türk əsgəri İraqda şəhid oldu

  • Müəllif: admin
  • 16 Noyabr 2017 08:50

İraqın şimalında 1 türk əsgəri həlak olub, 2-si yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, insident İraqın şimalındakı Gara bölgəsində qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Baş Qərargahın açıqlamasında PKK-ya qarşı mübarizənin sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi vurğulanıb.

Gununsesi.info