Türk əsgərinin Azərbaycandakı mandatı UZADILDI

  • By admin
  • 01 Noyabr 2022 20:50

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Azərbaycandakı səlahiyyət müddətinin 17 noyabr 2022-ci il tarixindən 1 il müddətinə uzadılmasını ehtiva edən Prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

Gununsesi.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən memorandumda, 9 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli bəyannamədə Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizədə uğurları və yeni vəziyyətin nəticəsi olaraq sahədə, bölgədə sabitliyin qorunması üçün nəzərdə tutulan fəaliyyətlərin davam etdiriləcəyi ifadə edilib.

Memorandumda TSK personalının Birgə Mərkəzdə davam etdirilməsinin Türkiyənin regionda və milli maraqlarda effektiv və konstruktiv rolunun tələbi olduğu vurğulanıb.

Türkiyə ilə Azərbaycan arasında 2010-cu il avqustun 16-da imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, atəşkəs rejiminə riayət edilməsi, pozuntuların qarşısının alınması, ölkədə sülh və sabitliyin təmin edilməsi üçün verilən icazənin müddəti bölgəni və Türkiyənin yüksək maraqlarını effektiv şəkildə qorumaq üçün 17 Noyabr 2022-dən 1 il müddətinə uzadılması tələb edilib.

Gununsesi.info