Türk əsgərləri 20 terrorçunu zərərsizləşdirdi

  • By admin
  • 06 Fevral 2022 12:10

Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatlara başlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardində başladılan “Eren Qış-20” əməliyyatında jandarma komandoları, jandarma xüsusi əməliyyatçıları və mühafizəçilərdən ibarət 585 şəxsi heyət iştirak edir.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə terrorun tamamilə yox edilməsi məqsədilə həyata keçirilən “Eren Qış” əməliyyatları xalqın dəstəyi ilə sədaqətlə və qətiyyətlə davam edir.

Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində 07 noyabr 2021-ci il-dən bu yana 20 terrorçu (19 ölü, 1 diri) zərərsizləşdirilib, 348 bunker, anbar və sığınacaq məhv edilib.

Gununsesi.info