
Rusiyadakı türk diplomatı Yaponiyaya qaçdı.
Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyənin Kazandakı Baş konsulluğunun bir əməkdaşı Yaponiyaya qaçıb. Çavuoğlu onu da əlavə edib ki, nazirlik hazırda 88 əməkdaşı ilə əlaqəni kəsib. “Onlar arasında iki səfir də var”-deyə, o, vurğulayıb.
Gununsesi.info