Türk dövlətləri liderləri bir arada! Qəzza üçün çox önəmli mesaj -Ərdoğandan AÇIQLAMA

  • By admin
  • 03 Noyabr 2023 12:17

İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri insanlığa qarşı cinayətdir və buna haqq qazandırmaq olmaz.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammitində çıxışı zamanı deyib.

“Oktyabrın 7-dən bəri Qəzzada baş verənlərə haqq qazandıran və ya bu vəhşiliyi izah edə biləcək heç bir konsepsiya yoxdur. 28 gündür Qəzzada bəşəriyyətə qarşı cinayətlər törədilir”, – deyə Türkiyə lideri xüsusilə qeyd edib.

Türkiyə dövlət başçısı TDT üzvlərini İsrail-Fələstin münaqişəsi zonasında atəşkəsə nail olmaq və bölgədə davamlı sülhün bərqərar olması üçün birgə səylər göstərməyə çağırıb. “Türk dünyası İsrail-Fələstin münaqişəsi ilə bağlı birlik və həmrəylik içində hərəkət edərək, əvvəlcə atəşkəsə, sonra isə davamlı sülhə gedən yolu asanlaşdıra bilər”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə öz növbəsində “müsəlman, xristian və ya yəhudi olmasından asılı olmayaraq hər kəsin təhlükəsizliyini təmin edəcək” yeni mexanizmlər yaratmaq üzərində işləyir.

Ərdoğan xatırladıb ki, bu günə qədər Türkiyə Qəzza zolağının sakinlərinə humanitar yardımla birlikdə 10 təyyarə göndərib. O, əmin edib ki, bunun üçün lazımi şərait yaranarsa, Ankara blokadada olan Fələstin anklavının əhalisinə yardım göndərməyə davam edəcək.

Türkiyə prezidenti Kıbrıs məsələsinə də toxunub. Türkiyə lideri Türk Dövlətləri Təşkilatının üzvlərini “böyük türk ailəsinin ayrılmaz hissəsi olan Kıbrıs türkləri ilə həmrəylik nümayiş etdirməyə” çağırıb.

Ərdoğan çıxışında vurğulayıb ki, “Bu il 100 illiyini qeyd edən Türkiyə Cümhuriyyəti bundan sonra da bütün türk dünyasının sabitliyi, firavanlığı və təhlükəsizliyi naminə addımlar atacaq”.

Gununsesi.info