Türk hərbçiləri şəhid oldu

  • Müəllif: admin
  • 30 Sentyabr 2017 09:42

pkk1

Türkiyənin Ağrı vilayətində PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi və 2 kənd qoruyucusu şəhid olub.

Gununsesi.info Türkiyə mətbuata istinadən xəbər verir ki, bölgədə gerçəkləşdirilən əməliyyat zamanı həmçinin 8 təhlükəsizlik xidməti əməkdaşı yaralanıb.

Məlumata əsasən, əməliyyat zamanı 10 silahlı məhv edilib, terrorçulara məxsus xeyli sayda silah-sursat aşkarlanıb. Bölgədəki əməliyyatın davam etdiyi bildirilir.

Qeyd edək ki, Ağrı vilayətində əməliyyat sentyabrın 25-də PKK terrorçularının mikroavtobusu atəşə tutmasından sonra başlayıb. Vilayətin Yaygınyurt kəndi yaxınlığında qeydə alınan hadisə zamanı Əfqanıstandan olan 3 miqrant ölüb, daha 7 nəfər yaralanıb.

Gununsesi.info