Türk Hava Yolları Qazaxstana reyslərinin bərpa vaxtını açıqlayıb

  • By admin
  • 08 Yanvar 2022 19:36

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi aviaşirkətin Qazaxıstana uçuşlarının bərpasının vaxtı ilə açıqlama verib.

Gununsesi.info xəbər verir ki, şənbə günü Ekşi-nin Twitter səhifəsində yerləşdirilmiş paylaşımda Qazaxıstana uçuşların mümkün qədər tez bərpa olunacağı vurğulanıb.

“Dost və qardaş Qazaxəstana 4 istiqamətdə uçuşlar həyata keçiririk: Almatı, Nursultan, Türkistan və Aktau.

Biz Qazaxıstandakı tərəfdaşlarımızla daimi əlaqədəyik və ən qısa zamanda uçuşlarımızı bərpa edəcəyik”, – deyə paylaşımda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türk Hava Yolları Türkiyə ilə Qazaxıstan arasında bütün sərnişin reyslərini yanvarın 9-dək dayandırmışdı.

 

Gununsesi.info